Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında ömürlük azadlıqdan məhrum edilən üç məhkumun adı var.
Teleqraf.com-un xəbərinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Bunlar Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmiş 1972-ci il təvəllüdlü Aslanov Azər Məhərrəm oğlu, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmiş 1974-cü il təvəllüdlü Əhmədov Araz Vidadi oğlu və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmiş 1981-ci il təvəllüdlü Əliyev Vüqar İbrahim oğludur.
Qeyd edək ki, Vüqar Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilib.