Qazilərimizlə bağlı problemlərin olduğunu eşidirik. Müdafiə Nazirliyinin Hospitalı var. Mən Həkimlərin işini yüksək qiymətləndirirəm, amma Hospitalın yox. Qazilər rayondan həmin Hospitala gəlirlər. Avtobus da yoxdur, taksi tutub gəlirlər. Onlara resept yazıb, deyirlər ki, gedin, dərmanları özünüz alın. Haradan alsın?
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Abbas deyib.
O xatırladıb ki, bununla bağlı onlara şikayətlər daxil olur:
“Onlara deyirlər ki, gedin, özünüz dərman alın. Belə olmamalıdır. Mən Müdafiə Nazirliyinin rəhbərliyini bu məsələyə diqqət etməyə çağırıram. Hospital niyə müalicə ilə məşğul olmur? Qazilərə dərman pulsuz vermək lazımdır. Bu, Hospitalın işidir”.