Belarus Prezidenti Aleksandr Lukaşenko 13 apreldə Azərbaycana səfər edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Pul Pervoqo” Teleqram kanalı yayıb.
Məlumata görə, o, Azərbaycanda prezident İlham Əliyevlə çərşənbə günü görüş keçirəcək. Lukaşenkonun Azərbaycan prezident ilə görüşlərinin təkbətək və geniş formatda olacağı bildirilib.
Əsas müzakirə mövzularının sənaye kooperasiyaları, qida sferasında layihələr, səhiyyə, elmi-texniki, təhsil və turizm sferasında əməkdaşlığın olacağı vurğulanıb.