“Hadisə ilə bağlı FHN tərəfindən xüsusi qrup yaradılıb”.
Teleqraf.com-un xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib.
Onun sözlərinə görə, xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək:
“Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.