12 İyul 2021 16:20
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkədə Şuşa ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Şuşa haqda təəssüratlarını Tvitter hesabında bölüşən səfir Azərbaycanın bu tarixi şəhərinə gəlməkdən məmnun olduğunu bildirib.

“Şuşanı ziyarət edən ilk İsrail səfiri olmaq tarixi şərəfinə nail oldum. Bu səfəri təşkil etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirəm”, - Corc Dik bildirib.

Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı səfirləri ötən həftə Prezident İlham Əliyevin dəvəti ilə işğaldan azad edilmiş Şuşa şəhərinə səfər ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər