31 Oktyabr 2021 13:29
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Milli Konqresinin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir.

Teleqraf.com xəbər verir ki, deputat Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib.

Qonaq erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb. Ona hadisə barədə məlumat verilib.


Müəllif: Teleqraf.com