Bu gün – noyabrın 2-si Cəbrayıl rayonunun üç, Zəngilan rayonunun iki, Qubadlı rayonunun üç kəndinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.
Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.
Ötən ilin bu günü – 2 noyabr Prezident İlham Əliyev özünün “Tvitter” səhifəsində paylaşım edir: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə cəbhənin müxtəlif istiqamətlərində Ermənistana Ordusuna məxsus 4 ədəd BM-21 Qrad qurğusu və Tərtərin Çardaqlı kəndi istiqamətində isə 1 ədəd “KUB” zenit-raket kompleksi məhv edilir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirinin və Ordusu Komandanlığının müavini Artur Sarkisyanın ölüməsi ilə bağlı məlumat yayılır.