14 Noyabr 2014 15:10
2 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tərk edilən gənc qız əvvəlcə sevgilisinə təhdid dolu mesajlar yazıb, sonra isə onun avtomobilinin təkərlərini kəsərək kanala itələməyə çalışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mərmərədə baş verib. Əldən edilən məlumata görə, 4 illik sevgili olan Öndər.K ilə S.D-nin münasibətləri kəsilib. Ayrılmaq istəməyən gənc qız Öndərin telefonuna təhdid dolu mesajlar yazıb.

S.D bənzər mesajları oğlanın anasına da göndərib. S.D Öndərin başqa qızla görüşməyə başladığını öyrənib. Qəzəbinə hakim ola bilməyən gənc qız Öndərə məxsus “48 NV 021” nömrəli avtomobili kanala itələməyə çalışıb. Bacarmadıqda maşının təkərlərini deşdikdən sonra salonunu yararsız hala salıb. S.D avtomobilin üzərinə "Bu da məndən" yazaraq oradan uzaqlaşıb.

Səhər işə getmək üçün avtomobilin yanına gələn Öndər gördüklərindən polisə şikayət edib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər