Əməkdar jurnalist Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində dava düşüb.
Teleqraf.com xəbər verir ki, proqramda keçmiş Baş nazir Pənah Hüseynlə tanınmış jurnalist, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə yaranıb.
Mübahisə sonradan davaya çevrilib. Tofiq Abbas Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb. Rauf Arifoğlu yayımı dayandırmağa məcbur olub.