25 Noyabr 2014 14:15
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinin - "Aqrolizinq" ASC və Dövlət Fitosanitariya Nəzarəti Xidmətinin rəhbərliyində dəyişikliklər baş verib.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Elşən Məmmədov "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri təyin edilib. O, 2014-cü il mayın 22-dən İdarə Heyətinin sədri səlahiyyətlərini icra edirdi.

Nazirin digər əmri ilə Cəmil Quliyev Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri təyin olunub. Daha əvvəl o, Respublika Bitki Mühafizəsi Mərkəzinin direktoru vəzifəsini tuturdu.

Dövlət Xidmətinin rəhbərliyində vəzifə dəyişikliyi qurumun rəhbəri Məmmədəli Dünyamalıyevin təqaüdə çıxması ilə əlaqədardır.


Müəllif: