14 Sentyabr 2022 19:25
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik. Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələrini çəkəcək. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm", - Ərdoğan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər