13 Oktyabr 2022 12:44
5 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanlı hakerlər 200-dən çox erməni saytını sındırıblar”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Samvel Martirosyan deyib.

“Gecə azərbaycanlılar 200-dən çox erməni saytını sındırıblar. Bura Gümrü bələdiyyəsi və Cənubi Qafqaz dəmir yolunun saytları da daxildir”, - ekspert bildirib.

Martirosyan Xankəndidəki separatçıların bir sıra internet resurslarının da azərbaycanlı hakerlər tərəfindən sındırıldığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər