Jurnalistlər Ermənistan müdafiə naziri Suren Papikyana sentyabrda Azərbaycan Silahlı Qüvvələri ilə baş vermiş toqquşma zamanı erməni ordusunun nə qədər mövqe itirməsi ilə bağlı sual ünvanlayıblar.
Teleqraf.com xəbər verir ki, nazir Ermənistan ordusunun 50 mövqe itirməsi ilə bağlı sualı cavabsız qoyub.
“Vaxtı gələndə bu haqda danışacağam, indi vaxtı deyil. İndi nə yeridir, nə də vaxtıdır, bu haqda danışmayacam”, - Papikyan qeyd edib.