6 Dekabr 2022 17:21
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İran sərhədlərində keçirilən Türkiyə-Azərbaycan birgə təlimlərinə diqqət çəkib:

“İranın bir neçə dəfə Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Bakı ilə yanaşı, Ankaranı da ciddi düşündürmüşdü. Ankaranın Tehranla münasibətləri bizimki qədər gərgin deyil. Ancaq Türkiyə İranın Azərbaycanı hədələməsinə seyirçi qala bilməzdi və Azərbaycanla birgə hərbi təlimlər vasitəsilə Tehranı xəbərdar etməliydi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətindəki cümlələrin hamısı birbaşa Tehrana mesajdır:

“Çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək. Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək”.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri İranda yaşayan fəal azərbaycanlıları öz haqları uğrunda mübarizəyə daha çox həvəsləndirir. Tehranın ağlı və məntiqi olsa, gərək bir daha Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsin. Ümumiyyətlə, məntiq olsaydı, münasibətləri gərginlikdən qurtarmaq üçün yollar axtarardılar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər