22 Dekabr 2022 17:03
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin (TBMM) xarici əlaqələr komitəsinin sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Akif Çağatay amerikalı həmkarı Bob Menendezin ölkəsi və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı əsassız iddialarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Kılıç Menendezin iddialarını “beynəlxalq hüquqdan və faktlardan məhrum” adlandırıb.

Komitə sədri Prezident Ərdoğanın Türkiyənin mövqeyini açıq şəkildə ortaya qoyduğunu deyib:

“Dünyanın müxtəlif yerlərində insanlar sırf inanclarına, rənglərinə, dillərinə görə zülmə məruz qalır, yurd-yuvalarından didərgin salınarkən, Türkiyənin məzlumlara necə qucaq açdığını və dəstəklədiyini bütün dünya bilir. Əhali nisbətinə görə ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir. Bunu heç kim mübahisələndirə bilməz”.

Kılıç Menendezin qondarma erməni soyqırımı və Türkiyə ilə Yunanıstan arasında baş verən hadisələr barədə məntiqsiz çıxışlar etdiyini vurğulayıb:

“Nə dediyini bilmədən, heç bir araşdırma aparmadan sırf daxili siyasi motivlərlə danışmağa davam edir. Onun boş, mənasız sözlərinə bu günə kimi cavab verməmişik, ciddiyə almamışıq, amma o, şəxsən prezidentimizi hədəfə alarkən, bununla həm də birbaşa dövlətimizi, millətimizi hədəfə alıb. Bunun üçün ona lazımi cavabı verəcəyik”.

Ərdoğanın baş nazirliyi dövründə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryana məktub göndərdiyini xatırladan Kılıç ona 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaradılması təklifini rəsmi şəkildə çatdırdığını deyib:

“Bu məktuba Ermənistan tərəfindən hələ də cavab verilməyib. Menendezin Türkiyə və prezidentimizlə bağlı bəzi cəfəng iddialar irəli sürməyə çalışmasının nə mənası var? Mənə elə gəlir ki, Menendezin bundan xəbəri yoxdur. Cahil-cahil danışdığı üçün bu məsələləri ona xatırladıram”.

Türk parlamentari amerikalı senatorun yunan lobbiləri tərəfindən verilən məlumatları araşdırmadan, təsdiqləmədən, həqiqiliyini və irəli sürülən tezislərin beynəlxalq hüquqa uyğun olub-olmadığını yoxlamadan boş-boş danışdığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər