“Kreml xarici işlər naziri Sergey Lavrovun dili ilə İrəvana mesaj yolladı ki, Rusiyanın hərbi kontingenti yoldakı etiraza müdaxilə etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistanın beynəlxalq birliyi Azərbaycana qarşı çevirmək səylərinin nəticə vermədiyini bildirib:
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dünən gün ərzində az qala zəng etmədiyi həmkarı qalmadı, hamıya Azərbaycandan şikayət etdi. İkinci Qarabağ Müharibəsi zamanı Baş nazir Nikol Paşinyan telefondan ikiəlli yapışmışdı, hazırda o bu işi nazirinə tapşırıb.
Ermənistan hakimiyyəti son bir həftədə Azərbaycana qarşı bütün mümkün təzyiq alətlərdən istifadə etməyə çalışdı, ancaq nə BMT Təhlükəsizlik Şurasının “çağırış”ı, nə ermənipərəst konqresmenlərin bəyanatları, nə də Fransa Prezidenti Emmanuel Makronun Bakıya zəngi Ermənistanla Qarabağı birləşdirən yoldakı etirazımıza əngəl oldu. Proses davam edir.
Humanitar yardıma maneə yoxdur, xəstələr yoldan istifadə edirlər. Kreml xarici işlər naziri Sergey Lavrovun dili ilə İrəvana mesaj yolladı ki, Rusiyanın hərbi kontingenti yoldakı etiraza müdaxilə etməyəcək. Nikol Paşinyan və Ruben Vardanyan çarəsiz durumdadır”.