17 Dekabr 2014 11:44
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki dövlət qurumu arasında əməkdaşlıq dövlət-din münasibətlərinə müsbət təsir edəcək”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində dini konfessiyalar arasında olan xoşagəlməz hallar ciddi düşünməyə və nəticə çıxarmağa çağırır:

“Bu sahədə vətəndaş cəmiyyətinin çox mühüm rolu var ki, bundan da istifadə etməli və maarifləndirmə işi genişləndirilməlidir. Dövlət büdcəsindən bu il həm vətəndaş cəmiyyəti, həm də Komitəyə ayrılan vəsait artırıldı. Bu da hesab edirəm ki, hər iki qurumun fəaliyyətində artıq özünü göstərməkdədir. Din, vətəndaş cəmiyyəti və mətbuat sahəsində atılan addımlar bəzən onların fəaliyyətinin məhdudlaşdırılması kimi təqdim edilir. Əslində bu, həmin sahələrə məsuliyyətin daha artırılmasına yönəlik addımlar idi”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər