"Bələdiyyə seçkilərində parlament və prezident seçkiləri ilə müqayisədə seçici fəallığı aşağı olur. Amma ümid ediruk ki, yaxşı olacaq".
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, bu sözləri 18 saylı Nərimanov-Nizami seçki darəsinin 5 saylı məntəqəsinin sədri Nazilə Məmmədova deyib. Onun sözlərinə görə, məntəqə üzrə ümumilikdə 1470 seçi var: "Gün ərzində seçici fəallığı günorta saatlarında yüksək olur. Çünki vətəndaşlar iş günü olmadğından istirahətə üstünlük verirlər.
Məntəqədə bitərəf müşahidəçilərlə yanaşı, Ümid, YAP, BQP, AVP-nin müşahidəçiləri də var".
Xatırladaq ki, bu məntəqədə ELS Müstəqil Araşdırmaları Mərkəzinin intervüerləri tərıfindən exit-poll tədqiqatı həyata keçirilir.
Bəxtiyar