9 Fevral 2023 12:06
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya şiddətli zəlzələ ilə yasa boğulan qardaş ölkə - Türkiyə üçün səfərbər olub. Hətta əsrlərdir türklərlə enişli-yoxuşlu münasibətlərdə olan, zaman-zaman düşmən münasibətini əsirgəməyən yunanlar belə qollarını çırmalayıb insanları xilas etməklə məşğuldurlar. Yalnız bir ölkə - Ermənistan, yalnız bir millət – ermənilər yenə öz qaniçən xislətindən çıxa bilmir.

Teleqraf.com xəbər verir ki, həmin ermənilərdən biri, ölkənin hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Akop Aslanyan erməni xilasedicilərin türkləri xilas etmələrini istəmədiyini etiraf edib.

Baş nazir Nikol Paşinyanın partiyasından olan deputat ermənilərin türk öldürmək üçün yaradıldıqlarını deyib.

Onun sözlərinə görə, erməni xilasedicilər türkləri xilas edərkən istəmir ki, onlar türk öldürmək üçün yaradıldıqlarını unutsunlar.

“Mənim üçün ən yaxşı türk ölü türkdür. 1994-cü ildə müharibə zamanı oğlanlarıma dediyim budur, mən pis şeyləri sevmirəm”, - Aslanyan bildirib.

Deputat Paşinyanın Türkiyəyə xilasedicilər göndərməsinin sırf diplomatik gediş olduğunu da söyləyib.

Aslanyan şiddətli zəlzələnin baş verdiyi Türkiyə ərazilərini isə “Qərbi Ermənistan” adlandırıb. Sırf bu baxımdan Ermənistan baş nazirinin qərarını dəstəklədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər