10 Fevral 2023 15:54
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa xarici işlər naziri Ketrin Kolonna ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub, onlar bir sıra beynəlxalq mövzuları, o cümlədən Ukrayna və İran ətrafındakı vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər Ukraynaya tam dəstəklərini bir daha təsdiqləyiblər, həmçinin Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər:

“Ermənistan və Azərbaycan arasında vəziyyət müzakirə olunub, münaqişənin həlli istiqamətində davam edən səylər qiymətləndirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər