5 Aprel 2023 15:30
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.

Teleqraf.com xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək müstəqil Azərbaycanın müasir məhkəmə sisteminin inkişafının ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyən edib.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirərək məhkəmə-hüquq sistemində islahatları daha da dərinləşdirib. Qanunvericilik bazası təkmilləşdirilib, yeni regional məhkəmələr, o cümlədən kommersiya məhkəmələri və inzibati məhkəmələr təsis edilib, hakimlərin sayı artırılıb, onların sosial müdafiəsi gücləndirilib, məhkəmələrin maddi-texniki bazası müasirləşdirilib, bütün bu kompleks tədbirlər məhkəmələrin müstəqilliyini daha da möhkəmləndirib.

Samir Nuriyev Ali Məhkəmənin ədalət mühakiməsi institutlarının inkişaf etdirilməsi sahəsində fəaliyyətini bundan sonra daha da gücləndirəcəyinə, hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyinə və hüququn aliliyinin təmin edilməsi istiqamətində öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və kollektivə uğurlar arzulayıb.

***

13:05

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb.

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb.

Teleqraf.com-un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər