27 Aprel 2023 11:18
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

“General-polkovnik Aleksandr Lentsov müvəqqəti olaraq, Qarabağa göndərilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Mənbə iddia edir ki, Lenstsov sülhməramlıların komandiri Andrey Volkovun vəzifəsindən azad edilməsi rəsmən təsdiq edilməmişdən iki gün əvvəl Qarabağa gəlib.

Qəzetin iddiasına görə, general bölgəyə gəldikdən sonra Azərbaycan nümayəndələri ilə danışıqlara başlayıb, Ermənistan isə prosesdə iştirak etmir.

“Qarabağdakı mənbələrimiz iddia edirlər ki, Lentsov müvəqqəti olaraq gəlib. Vəziyyət yoluna qoyulsa, Moskvaya qayıda bilər, çünki bu gün Rusiya ordusunda belə mütəxəssislər yoxdur və bu dövrdə belə bir mütəxəssisin Rusiyada olmasına ehtiyac çox böyükdür”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər