14 May 2023 09:19
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ankara şəhərində 4 milyondan çox insan səsvermədə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, paytaxtda istifadəyə verilən sandıq sayısı 12 min 250-dir.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.

Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs vermədə iştirak ediblər.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 156 diplomatik səsvermə dairəsində keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər