Ermənistan parlamentinin sədri Belarus rusiyalı həmkarının təyyarə ilə uçub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr Belarusun paytaxtına uçan təyyarədə baş verənlərlə bağlı yazır:
“Ötən həftə spiker Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti KTMT Parlament Assambleyasının sessiyasına qatılmaq üçün Belarusun paytaxtı Minskə gedib.
Məlumata görə, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin təklifi ilə Simonyan Ermənistan yox, onun nümayəndə heyəti ilə gedib. Volodin Simonyanı Moskvaya dəvət edib ki, Minskə birlikdə uçsunlar. Ermənistan parlamentinin sədri eyni marşrutla İrəvana qayıdıb. Ermənistan nümayəndələri isə ondan bir gün sonra dönüblər.
Əldə etdiyimiz məlumata görə, təyyarədə həmkarlar arasında Ermənistan-Rusiya münasibətləri ilə bağlı qeyri-rəsmi söhbət olub. Volodin Rusiyanın Cənubi Qafqazda apardığı siyasətlə bağlı bəzi şeyləri ona izah etməyə çalışıb. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası hesab edir ki, ruslar öz hərəkətsizliklərinin nəticələrini bilirlər, amma vəziyyəti dəyişdirmək iqtidarında deyillər”.