“Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi təkcə bir fərdin prezident seçilməsi, təkcə demokratiyanın qələbə qazanması deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Bir anlıq düşünün ki, qarşı tərəfin seçki öncəsi Azərbaycanı türk yolu layihəsindən kənarda saxlayan mesajı reallaşır... Görün mənfi istiqamətdə nələr yaşana bilərdi. Ona görə də Ərdoğanın qələbəsi Azərbaycanın güvənc yeri olan Türkiyə üçün, Türk dünyası üçün bir seçim oldu. Ona görə də, Azərbaycan xalqı bu məsələni də böyük sevinclə qarşıladı. Türk dünyasını təbrik edirəm”, - deyə vitse-spiker əlavə edib.