Azərbaycanın kosmik fəaliyyətinin prinsipləri müəyyənləşir.
Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək: kosmik fəzadan sülh naminə istifadə edilməsi; milli maraqların qorunması; kosmik resurslardan səmərəli istifadə olunması; milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi; kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.