Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib.
Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, A.Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçildiyi üçün MSK-ya müraciət edərək deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib.