5 Avqust 2023 13:30
7 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan Qərb tərəfindən Rusiyanın Ermənistandan çıxarılması üçün hakimiyyətə gətirilib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan deyib.

Bir sıra Qərb paytaxtlarının İrəvan və Bakının yaxın həftələr, yaxud aylarda sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlarına toxunan Hambaryan vurğulayıb:

“Qərb Ermənistan və regionda Nikol Paşinyanın əli ilə həyata keçirdiyi bütün planlarını çox açıq şəkildə ortaya qoyur. Qərb göstərir ki, Nikol 2018-ci ildə hakimiyyətə regional Qarabağ məsələsini deyil, daha böyük problemləri həll etmək üçün gətirilib. Yəni Qarabağı Azərbaycana təhvil vermək, Rusiyanı Ermənistandan və regiondan çıxarmaq üçün. Hər kəs çox yaxşı bilir ki, Qarabağ konflikti səbəbindən bölgədə Rusiyanın varlığı və Ermənistanda rus hərbi bazasının mövcudluğu təmin olunur. Qarabağ məsələsi olmasa, Rusiya hərbi bazasına ehtiyac da aradan qalxır. Qərb qüvvələri 2018-ci ildə Nikolu hakimiyyətə gətirəndə öz planlarını çox sadə şəkildə həyata keçirməyə başladılar”.

Hambaryan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasına da diqqət çəkib:

“Türkiyə prezidenti Zəngəzur dəhlizi ilə bağlı bildirdi ki, bir nömrəli maneə İrandır. Bu durumda başqa bir məsələ də var, ruslar Zəngəzur dəhlizinə nəzarət etsələr, mövqelərini daha da gücləndirəcəklərini düşünürlər. Amma anlamırlar ki, Rusiya Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün konkret addımlar atmayanda bu nəzarəti təmin edə bilməz. Bu baxımdan, Rusiya Ermənistanda uzun müddət qala və barmaqlarını vermədən varlığını təmin edə biləcəyini düşünürsə, çox böyük yanılır. Rusiya gecikdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər