10 Avqust 2023 17:06
30 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 8-də Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirən “Səlibçilər” adlı terror qruplaşmasının üzvləri dünən ərzaq dolu yük maşınları ilə Kornidzor kəndinə yürüş etmişdilər.

Teleqraf.com xəbər verir ki, “səlibçilər”in məqsədi Laçında Azərbaycanın sərhəd-keçid məntəqəsini keçərək Xankəndiyə separatçılara ərzaq aparmaq idi.

Kornidzor kəndinin başçısı yerli KİV-lərdən biri ilə söhbətində bildirib ki, “xaçlılar” geri dönüblər. Amma qruplaşmanın komandiri Sərkis Poqosyanın sözlərinə görə, onlar hələ də ərazidədirlər – “bir qədər fərqli ərazi”də yürüşə hazırlaşırlar.

Poqosyan dünən axşam saatlarında bölgədən canlı yayıma çıxaraq öz tənqidçilərinə xitab etmişdi, “mübarizə”ni dayandırmayacaqlarını demişdi.

Görünən budur ki, Xankəndiyə “səlib yürüşü” başlamadan başa çatıb. Poqosyan və qruplaşmasının son günlərdəki davranışları elə öz ölkələrində gülüş obyektinə çevrilib.

Poqosyan avqustun 8-da “Laçın yolunun açılması” ilə bağlı saat 18:00-a qədər vaxt vermişdi. Bu müddətdə o, tələbləri yerinə yetirilməsə, yolu zorla açacaqlarını demişdi. Artıq həmin müddətdən iki gündən çox vaxt keçir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər