“Razılaşma var, Azərbaycanın Ermənistandakı anklavları qaytarılmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.
“Rəsmi İrəvan bütün platformalarda və Ermənistanda hamı qarşıdan gələn müharibədən danışır. Nikol telefonunda nömrəsi olan hər kəsə zəng edir. Çaş-baş qalmış erməni cəmiyyətinin bir neçə sadə suala heç kim cavab vermir. Müharibə nə vaxt, harada, kimlər arasında, nə üçün olacaq? Müharibədə məqsəd nədir? Məqsədi olmayan müharibə yoxdur”, - ekspert bildirib.
Ovannisyan anklavların (Qazax və Naxçıvanın kəndləri) Azərbaycana qaytarılması ilə bağlı razılaşmanın məlum olduğunu söyləyib. Onun sözlərinə görə, məlum olmayan Nikol Paşinyanın rəsmi Bakıya daha hansı vədləri verməsi ilə bağlıdır.
Ovannisyan Azərbaycanla növbəti müharibənin riskli və bədəlinin ağır olacağını iddia edir:
“Bütün müharibələr risklidir, bədəli ağır olur”.
Ekspert Ermənistan rəhbərliyini Azərbaycanla savaşdan qaçmağa çağırıb.