27 Sentyabr 2023 19:54
5 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ruben Vardanyanın məqsədi Ermənistanda hakimiyyət çevrilişi idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ruben Vardanyanın saxlanılması separatçılara qaçışın olmadığını göstərir. Növbədə Araik Arutyunyan, Vitali Balasanyan, Arkadi Qukasyan və Bako Saakyan olmalıdır. Ermənistana qaçmaq istəyən Vardanyanın hədəfi vardı. O, Ermənistanda etirazçı kütləni ələ alıb “yeni lider” obrazında Paşinyana qarşı etirazları idarə etmək istəyirdi. Qarabağdan köçən erməniləri də İrəvana gətirərək, hökumətin devrilməsinə çalışacaqdı. Bu durumda Vardanyanın Rusiyadan dəstək alacağı şübhəsiz idi”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Vardanyanın saxlanılması bir növ Paşinyanın hakimiyyətinə qarşı təhlükəni sovuşdurdu:

“Paşinyan buna görə Azərbaycana minnətdar olaraq sülh müqaviləsinin bağlanmasına getməlidir. Vardanyanın Xankəndiyə gəldiyi ilk gündən məqsədi Paşinyanı devirib, yerinə keçmək idi. Rusiyadan bu missiya ilə Qarabağa göndərilmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər