15 Yanvar 2015 11:04
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etmişik. Ötən il hüquq-mühafizə orqanlarından 64 iş idarəyə daxil olub, bundan 45-i barəsində tədbir görülməsi təmin olunub”.

Teleqraf.com xəbər verir ki, bunu 2014-cü ilin yekunlarına keçirdiyi tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi gördüyü işlərlə bağlı idarəyə 28 material göndərib, bu materiallardan 20-i barəsində cinayət işi başlanıb: “Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu sahədə Fövəladə Hallar Nasazxirliyi ilə sıx əməkdaşlıq etmişik. Naszirliyin gördüyü işlərin nəticəsi barədə toplanmış 12 iş idarəyə göndərilib”.

Kamran Əliyev bildirib ki, Ədliyyə Nazirliyi 9, Dövlət Miqürasiyas Xidməti 7, Daxili İşlər Nazirliyi 5 iş idarəyə göndərilib. Həmin işlər üzrə müvafiq tədbirlər görülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər