16 Yanvar 2015 16:19
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru Əziz Seyidov 2014-cü ilin yekunlarına dair keçirilən əməliyyat müşavirəsində deyib. Onun sözlərinə görə, görülmüş müsbət işlərin nəticəsidı prokurorluqda 210, daxili işlər orqanlarında isə 4517 cinayət işinin istintaqı tamamlanıb: “Paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib”.

Əziz Seyidov bildirib ki, Yasamal rayonunda Xoşavaz Mənəfovanın və Vahid Əhmədovun, Nərimanov rayonunda Mikayıl Əsədovun, Güllərə Qurbanovanın Suraxanı rayonunda, İltifat Mehralıyevin isə Sabunçu rayonunda qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər