1 Noyabr 2023 11:54
4 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqaz regionunda lider rolunu oynamaq istəyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.

“Azərbaycanla Ermənistan arasında münasibətləri tənzimləmək səylərimiz buradan qaynaqlanır. 3+3 formatına gəlincə, burada mövqeyimiz çox aydındır. Rusiya Gürcüstan ərazilərinin işğalını dayandırmayana və Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər bu formatda iştirak etməyəcəyik. Amma bu, o demək deyil ki, biz Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcəyik, Gürcüstan, Ermənistan və Azərbaycan arasında üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq. Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığı təşviq edəcək belə bir atmosfer yaratmaq bizim üçün vacibdir. Əgər bu formatda iştirak edən ölkə (Rusiya) ərazi bütövlüyümüzü kobud şəkildə pozursa və ölkəmizin bir hissəsini işğal edirsə, əlbəttə, bu formatda iştirak etməyin mənası yoxdur”, - Samxaradze bildirib.

Onun sözlərinə görə, formatın Tehranda keçirilən toplantısından çox maraqlı bəyanat verilib, onun birinci bəndində qeyd olunub ki, ölkələr beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini müvafiq qaydada tanıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər