23 Noyabr 2023 22:39
35 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçiliyini önə çıxarmaq üçün imkanlar axtarır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

“Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaları noyabrın 30-da sərhəddə görüşəcək. Bu, Bakının sülh danışıqlarının sərhəddə aparılmasına dair təklifinin tam həyata keçirilməsi olmasa da, həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir. Hərçənd açıq qalan sual var: danışıqlar nəticə verəcəkmi, yaxud “vasitəçilik mübarizəsi”ndə hadisələrin inkişafına necə təsir edəcək?”, - ekspert bildirib.

Asif Nərimanlı qeyd edib ki, sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ötən ilin aprelində Brüssel görüşündə razılaşdırılıb:

“Görüşün keçirilməsi “razılaşmaların işləməsi” baxımından Qərbin ön plana çıxması görüntüsü yaradır. Amma tərəflər razılaşma əldə etmək üçün sovet dövrünün xəritələrinə müraciət etməlidir. Bu halda xəritələrin saxlanıldığı Rusiyanın prosesdə ən azı texniki iştirakı qaçılmaz olacaq. Moskva vasitəçiliyini önə çıxarmaq məqsədilə belə imkanıdan yararlanmağa çalışacaq. Xəritələrə görə Rusiyanın prosesdə iştirakçılığının güclənməsində maraqlı olmayan Qərb isə Ermənistan üzərindən prosesə müdaxilə edəcək.

Hesab edirəm ki, bu situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır. Bunun fonunda tərəflərin delimitasiyanın hansı dövrün xəritələrinə uyğun aparılması, hansı prinsiplərin əsas götürülməsinə dair fikir ayrılıqları da qalır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər