20 Yanvar 2015 10:54
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün əlindən gələni edir".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, ölkə vətəndaşları görülən işlər barəsində məlumatlandırılır: "Bu iki şəxsin girov götürülməsi və onlar üzərində qurulan məhkəmə Ermənistanın nə qədər aqressiv mövqedə olduğunu nümayış etdirir. Onlar dünya ictimaiyyəti qarşısında özlərini biabır edirlər. Ermənilər girovlara qarşı bu münasibəti davam etdirməklə dünya ictimaiyyəti qarşısında öz mahiyyətlərini göstərirlər".


Müəllif:

Oxşar xəbərlər