14 Dekabr 2023 12:56
10 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Gümrü-Qars və Yerasx-Naxçıvan dəmir yollarını bərpa etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazir “Sülh qovşağı” layihəsinə toxunaraq bildirib ki, Ermənistan uzun illər blokadada olan ölkə kimi regionda beynəlxalq normalara uyğun kommunikasiyaların açılmasında və ölkələrin suverenliyinə tam hörmətlə yanaşmada maraqlıdır.

Mirzoyan qeyd edib ki, yolların açılması dialoqa və regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək.

Nazir vurğulayıb ki, Ermənistan hökuməti kommunikasiyaların bərpası və yenilərinin qurulması üçün səyləri davam etdirməyə hazırdır.

Onun sözlərinə görə, dənizə çıxışı olmayan ölkələr adekvat nəqliyyat infrastrukturunun olmaması səbəbindən daha az rəqabətlidir:

“Əsas bazarlardan və nəqliyyat əlaqələrindən məhrum olmaq dənizə çıxışı olmayan ölkələrin vəziyyətini daha da pisləşdirir, çünki lazımi əlaqə və logistika şəraiti yoxdur.

Tranzit ölkələrlə bağlı problemlər daha ciddi fəsadlara səbəb olur. Dənizə çıxışı olmayan ölkələrin nəqliyyat infrastrukturu yüklərin daşınması xərclərini artırır və ona geosiyasi, təhlükəsizlik problemləri və gərginlik əlavə olunur. Bənzər problemlər səbəbindən dənizə çıxışı olmayan ölkələr rəqabət qabiliyyətini və milli gəlir imkanlarını azaldır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər