Azərbaycan Ermənistanın sabiq prezidentləri, Xocalı cəlladları Robert Köçəryan və Serj Sərkisyanı cinayət məsuliyyətinə cəlb etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Varujan Qeqamyan deyib.
“Azərbaycan sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryanı da yaxalamaq üçün hər şeyi edəcək. Əliyev bunu açıq bildirdi”, - ekspert söyləyib.
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində məsələ ilə əlaqədar bildirib ki, bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər.
Əliyev onların arasında Qarabağda olmuş bütün “keçmiş liderlər”, Qarabağa ixrac edilmiş “baş nazir” və digərlərinin yer aldığını vurğulayıb:
“O qruplaşmada təkcə iki nəfər (Sərkisyan və Köçəryan red.) çatışmır, onlar da İrəvandadır, onlar da olsa, onda tam heyət formalaşır”.