Ermənistanın heç bir ölkəyə ərazi iddiası yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Spiker “Azərbaycan müharibəyə hazırlaşır, ictimaiyyət buna hazır olmalıdırmı” sualına belə cavab verib:
“Ermənistan bütün hallarda yalnız sülhün olacağı haqda düşünür? Əlbəttə, yox. Ordumuz var, ordunu inkişaf etdiririk və lazım gəlsə, sona qədər özümüzü müdafiə edəcəyik. Əlbəttə, heç bir ölkəyə hücum etmək fikrində deyilik və heç bir ölkəyə ərazi iddiamız yoxdur”, - spiker bildirib.