25 Yanvar 10:08
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan sülh prosesində elə bir durum yaranıb ki, artıq yeni müharibənin mümkünlüyündən danışılır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Karapetyan deyib.

Onun sözlərinə görə, Azərbaycan təkidlə ABŞ və Avropa Birliyinin vasitəçiliyindən imtina edir.

Karapetyan bildirib ki, Azərbaycan nəinki Qərbin vasitəçiliyindən imtina edir, həm də ikitərəfli danışıqların vasitəçisiz aparılması yanaşmasını irəli sürür.

“Qərbin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqları uğursuzluğa düçar oldu, Qərb bir neçə formal bəyanatdan başqa Bakıya təzyiq göstərmək üçün heç bir gözəçarpan addım atmır”, - ekspert vurğulayıb.

Karapetyanın fikrincə, Bakı üçün ən uyğun variant ikitərəfli danışıqlardır. Onun iddiasına görə, İrəvan bundan çəkinir, çünki təkbətək danışıqlarda Bakının ona təzyiq edəcəyindən ehtiyatlanır.

“Sabit sülh prosesini təmin etmək üçün müəyyən təminatlar lazımdır. Təsadüfi deyil ki, Paşinyan bu yaxınlarda qarşılıqlı təminatlardan danışdı. Belə zəmanətləri təmin etmək üçün ilk növbədə qarantlar lazımdır. Amma Qərbin vasitəçiliyi dalana dirənirsə, o zaman Rusiya variantı qalır. Rusiya vasitəçilik çubuğunu öz əlinə almağa hazırdır, Kreml tez-tez müxtəlif rəsmilərinin ağzından sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edir. Amma bu məsələdə problemlər var, çünki Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərimizi korlayıb, hələ də yaxşılaşma əlaməti yoxdur, bu da üçtərəfli danışıqların başlanmasına maneədir. Nəticədə elə bir vəziyyət yaranıb ki, ekspertlər və beynəlxalq media artıq yeni müharibənin mümkünlüyündən danışır”, - Karapetyan söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər