28 Yanvar 22:21
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan - sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə - Azərbaycanı hücum etməmək paktı imzalamağa dəvət edib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etmişik. O cümlədən sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi üzə çıxarsa, hücum etməmək haqqında paktı imzalamağı təklif edirik", - Paşinyan bildirib.

Ermənistanın baş naziri həmçinin qeyd edib ki, Ermənistan sülh gündəminə sadiqdir və bundan dönməyəcək.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər