27 Yanvar 2015 17:47
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikası Ədliyyə Nazirliyinin, Çin Xalq Respublikasının Xəstəliklərin qarşısının alınması və Nəzarət üzrə Milli Mərkəzinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin Pekindəki nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində Azərbaycanın qabaqcıl təcrübəsi ilə tanış olmaq məqsədi ilə ölkəmizə rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Çin Xalq Respublikasının nümayəndə heyəti Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi tərəfindən qəbul edilib. Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Azərbaycan və Çin Xalq Respublikalarının ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlığın formalaşmasısını vurğulayıb. O, Azərbaycan Respublikasının keçdiyi müstəqillik yolu, Respublikada son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat verib.

Mədət Quliyev qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılıb. O, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində qonaqları məlumatlandırıb.

Nümayəndə heyətinin rəhbəri, Çin Xalq Respublikası Ədliyyə Nazirliyinin Həbsxana Administrasiyası bürosunun məsul əməkdaşı cənab He Ping qəbula görə nümayəndə heyəti adından minnətdarlığını bildirərək səfərin əsas məqsədləri haqqında məlumat verib, beynəlxalq əmədaşlığın, region ölkələri ilə təcrübə mübadiləsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Səfər proqramı çərçivəsində Çin nümayəndə heyətinın Bakı istintaq təcridxanasına, 16 saylı cəzaçəkmə müəssisəsinə və İxtisaslaşdırılmış müalicə müəssisəsinə başçəkmələri nəzərdə tutulub.

Hacı Zeynalov


Müəllif: