3 Aprel 17:23
3 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədin delimitasiyası prosesi başlayır, 4 kənd Azərbaycana qaytarılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Armen Xaçaturyan deyib.

“Delimitasiya prosesinə başlamaq çox böyük problem idi, xüsusən haradan başlamaq məsələsi. Çünki danışıqlar getmirdi, daim müharibə təhlükəsi vardı. Amma müsbət hadisə oldu, delimitasiyaya başlamaq qərarı verildi. İndi Azərbaycan şimal sərhədlərindən (Tavuş-Qazax istiqamətindən) başlamaq istədi, biz də problemli məsələlər olan bu yerdən başladıq, Sünikə doğru (Zəngəzur) gəlirik”, - deputat bildirib.

Xaçaturyan bunu “Azərbaycana güzəşt” adalandıranlara da cavab verib: “Razılaşma güzəşt deyil. Dedilər ki, biz delimitasiyaya buradan başlayırıq, Ermənistanın da maraqlarına uyğun olduğuna görə razılaşdı. Bu gün sülh prosesinə ehtiyacımız var, ona görə də buna getdik”.

Onun sözlərinə görə, demarkasiya və delimitasiya ilə mövcud sərhədlər yenidən təsdiqlənəcək və rəsmiləşdiriləcək: “Bizim ərazimizdə olan bizimdir, bizim olmayanlar Azərbaycana qaytarılacaq. Eynilə də Azərbaycan...”

Xaçaturyan İrəvanla Bakı arasında tərəflərin rəhbər tutduğu hər hansı razılaşdırılmış xəritənin olub-olmaması sualını da cavablandırıb:

“İrəvan Bakı ilə heç bir xəritəni razılaşdırmır, çünki beynəlxalq səviyyədə tanınan xəritə və sərhədlər var. Sərhəd həmin xəritə ilə metr-metr çəkilməlidir. Bu, Almatı bəyannaməsi ilə təsdiqlənmiş xəritədir”.

Deputat jurnalistlərə Azərbaycanın tələb etdiyi 4 kəndin Ermənistana məxsus olmadığını da vurğulayıb: “Xəritəyə görə, onların azərbaycanlı olduğuna şübhə edirsiniz? Ciddisiniz? Azərbaycan ərazisidirsə, onlara veriləcək, başqası da bizim ərazidirsə, bizə verilməlidir”.

Xaçaturyanın fikrincə, bütün məsələlər öz həllini tapacaq, o cümlədən həmin kəndlərdən keçən yollarla bağlı problemlər: “Bəli, Azərbaycan ərazisi (yollar üçün) bizim üçün çox əlverişlidir. Amma məsələ budur ki, proses başlayıb, onu geri qaytara bilməzsiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu