16 Avqust 08:45
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Teleqraf.com xəbər verir ki, by barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Qeyd edək ki, Müdafiə Nazirliyi ötən gün də Naxçıvanda növqelərimizin atəşə tutulması barədə məlumat yaymışdı. Bildirilirdi ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər