Azərbaycan bir ciddi dövlət kimi həvəskar Ermənistandan məzmununa, təfəkkürünün mövcudluğuna görə fərqlənir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
Ermənistanı Azərbaycanla müqayisə edən ekspert ölkəsini “qeyri-ciddi və axmaq” adlandırıb:
“Azərbaycanın siyasət elmində, dövlət çevrələrində belə bir düstur var: Sakit Okean Donanması Xəzər dənizinə çata bilməz. Bu, Azərbaycanın soyuqqanlı şəkildə hesablanmış xarici siyasətidir ki, bunun sayəsində eyni anda həm Qərb, həm də Rusiya üçün ciddi tərəfdaşdır və hər yerdə milli maraqları nəzərə alınır.
Gürcüstan Baş naziri İrakli Kobaxidze deyir: “Biz nəhəng qütblərin təzyiqlərinə boyun əymədik, ikinci cəbhə (Rusiyaya qarşı) açmadıq, ölkəni müharibəyə və iqtisadi fəlakətə sürükləyə biləcək sanksiyalara qoşulmadıq”.
Ciddi dövlətlər həvəskarlardan ilk növbədə məzmununa, təfəkkürünün mövcudluğuna görə fərqlənir. Azərbaycan və Gürcüstanın timsalında qarşıya konkret hədəflər qoyulub: milli problemlər, ciddi infrastruktur layihələri, inanılmaz görünən həll yolları, böyük pullar, kommunikasiya variantları, yeni yollar, marşrutlar və sair.
Bəs Ermənistanın - bizim nəyimiz var? Dünya haqqında əyalət düşüncəsi olan, hamı ilə münasibətləri korlayan hökumətimiz ölkəmizə fəlakət gətirdi və bu gün sıfır müttəfiq vəziyyətindəyik. Axmaq dövlətlər həmişə ciddi şəkildə cəzalandırılır”.
Ovannisyan rəsmi İrəvanın mənasız bir qurum olduğunu söyləyib:
“Bugünkü erməni siyasi düşüncəsi necədir? Qaraçılar kimi Moskva, Brüssel və Vaşinqton arasında “dobro” gözləyən qərbpərəst və ruspərəstlərə bölünüb. Bütün düşünən ölkələr qısamüddətli və strateji hədəflər qoyurlar. İrəvan nə edir? İrəvan yoxdur, dilsiz, simasız, mənasız bir qurumdur”.