9 Sentyabr 14:28
4 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı açıqlamasının İranda yaratdığı əks-səda dinmək bilmir.

Teleqraf.com xəbər verir ki, ayətullah rejiminin təmsilçiləri günlərdir bu mövzu ətrafında ən ağlasığmaz iddialar səsləndirirlər.

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Həsən Kəşkavi də bu xora qoşulub.

Deputat çıxışında otuz illik Ermənistanla İran arasındakı “minillik sərhəd”dən danışıb.

Kaşkavi də üzvü olduğu molla rejiminin “sərhədlərin dəyişdirilməsi” cəfəngiyyatını təkrarlayıb.

Sitat: “İranla Ermənistan arasında birbaşa sərhəd əlaqəsi bir neçə minillik tarixə (?) malikdir və bütün ölkələr, o cümlədən Rusiya hökuməti buna hörmət etməlidir. Biz hamımız ölkələrin ərazi bütövlüyünün qorunmasına, beynəlxalq sərhədlərin tanınmasına diqqət yetirməliyik. Rusiya kimi bir ölkənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bizim üçün çox təəccüblüdür. Hər halda ümid edirik ki, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və bütün dövlətlər ərazi bütövlüyü və müstəqilliyə hörmət və beynəlxalq sərhədlərin tanınması çərçivəsində səmərəli addımlar atmağa çalışacaqlar”.

“Minillik İran-Ermənistan sərhədi” iddiası işin gülünc tərəfidirsə, anlaşılmayan yanı da adi bir yolun sərhədi necə dəyişdirəcəyi ilə bağlıdır. Gah NATO, gah da Turan dəhlizi adlandırırlar. Özləri də anlamırlar ki, Rusiyanın öz nəzarətində açılmasını istədiyi yol necə Turan və ya NATO dəhlizi adlana bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər