9 Oktyabr 18:44
10 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən il oktyabrın 7-də HƏMAS-ın ölkəsinə hücumunda həlak olanlara öz ehtiramını bildirən azərbaycanlı qızı qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfirliyinin sosial media hesabında bildirilib.

“Bir il əvvəl 7 oktyabr faciəsindən sonra Ayla adlı kiçik azərbaycanlı qız səfirliyimizin qapısına sakitcə gül dəstələri və oyuncaq ayı qoymuşdu. Bu sadə addımı ilə o, xalqlarımız arasında ümid, möhkəmlik və insanlıq bağını təcəssüm etdirmişdi. Bu yaxınlarda Aylanı səfir Corc Dik qarşılayıb, ona oyuncaq təkbuynuzlu at hədiyyə edərək səfirlik masasında əyləşməsinə icazə verib. Ayla öz məsumluğu və mehribanlığı ilə İsrail-Azərbaycan dostluğunun əsl səfirinə çevrilib”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər