10 Aprel 2015 19:12
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və BƏƏ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkür edib.

E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.


Müəllif:

Oxşar xəbərlər