15 Aprel 2015 10:30
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 8000-dən çox tarixi - mədəni abidə mövcuddur. Onlardan 1725 abidə yeni aşkar edilib.


Bunu Publika.az-a Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev deyib.


Onun sözlərinə görə, təkcə Bakı şəhərində 1956 tarixi mədəniyyət abidəsi mövcuddur. Yeni aşkarlanmış abidələr isə əsasən rayonlardadır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə ötən il dekabrın 18-də yaradılıb.


Müəllif: