22 Aprel 2015 23:25
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu, “Neftçi”nin keçmiş yarımmüdafiəçisi Emil Hüseynovun erməni idmançı, əlbəyaxa döyüş ustası Tiqran Çiçəkyan tərəfindən qətlə yetirilməsi ətrafında gərginlik qalır.


Virtualaz.org saytı xəbər verir ki, Tiqran Çiçəkyanın barəsində artıq həbs-qətimkan tədbiri seçilib. O, istintaqa ifadəsində azərbaycanlı futbolçunu qətlə yetirdiyini tam etiraf edib və günahı üzərinə götürüb.

Yekaterinburq saytları yazır ki, bu şəhərdəki erməni diasporu Tiqrana güclü vəkillər tutmaq üçün pul toplayır. Habelə erməni diasporunun nümayəndələri Tiqranın davada yaralanan qardaşı üçün də pul yığırlar. Ermənilər iddia edir ki, o, davada ağır yaralanıb, alın sümüyü deşilib və təcili əməliyyat olunmalıdır.

Erməni diasporu davaya görə məsuliyyəti azərbaycanlıların üzərinə ata bilmək üçün bütün imkanlarını səfərbər edib. Onların arqumentinə görə, Tiqran özünü müdafiə edib və bu səbəbdən bıçağa əl atıb.


Müəllif:

Oxşar xəbərlər